“VMedia” YouTube kanalı Ermənistan ictimaiyyətinin informasiya-maarifləndirilməsinin dəstəyinə yönələn layihənin icrasını davam etdirir.
Belə ki, növbəti filmdə hansı səbəbdən Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın hakimiyyətdən kənarlaşdırılmadan bir qədər əvvəl dediyi sözlərin Ermənistan xalqı üçün öncəgörmə olduğu barədə söz açılır.
“Həqiqətən, ziyalı şəxslər kənarlaşdırılanda, tarixin gedişini isə yarımsavadlı səhra komandirləri, quldurlar müəyyən edəndə, bu yalnız onlara inanlar üçün müharibə və faciəyə gətirə bilər. Onların əsas alətləri – milliyyətçi meyllər və ekspansionist məqdsədlər üçün təməl yaradan feyklərdir. Onilliklər ərzində Ermənistan xalqı savadsız siyasətçilər, tarixçilər və jurnalistlər tərəfindən icad edilən müxtəlif feyklər vasitəsilə aldadılıb. Buna görə bu layihəyə start verilib. Biz bütün bu əsrlər boyu davam edən və bir-biri ilə sıx hörülmüş yalan və mif yaradıcılığı təbəqələrini ona görə açmağa çalışırıq ki, bunun Cənubi Qafqaz xalqları üçün nələrə bais olduğu anlaşılsın”, - “VMedia” kanalının müəllifləri deyirlər.
Kanalın yeni videosunda söhbət ondan gedir ki, rəsmi İrəvanın Qarabağ üçün “xüsusi status” məsələsini qaldırmaq üçün heç bir əsası yoxdur. Filmin müəllifləri vurğulayırlar ki, 1923-cü ildə Stalin tərəfindən uydurulmuş “Dağlıq Qarabağ” müxtraiyyəti artıq yoxdur və tamaşaçılara tam məntiqli sual verirlər: “Niyə Azərbaycanda yaşayan ermənilər çoxmillətli ölkənin digər xalqlarından bu cür seçilməlidir? Və, necə olur ki, Azərbaycan şəhərlərinə zərbələrin endirilməsinə icazə verən erməni siyasətçiləri və hərbçilər hələ hansısa status tələb edə bilirlər?!”. **