2021-ci il dekabrın 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $7 milyard 75,4 milyon təşkil edir. Bu barədə AMB-nin saytında dərc olunmuş məlumatda deyilir.
“İnterfaks-Azərbaycan”ın məlumatına əsasən, 2020-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $6 milyard 369,4 milyon təşkil edib. Beləliklə, 2021-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 11,1% artıb.
Bankdan “İnterfaks-Azərbaycan”a məlumat verilib ki, 2021-ci ildə AMB-nin ehtiyatlarnın artımı avqustda Beynəlxalq Valyuta Fondu tərəfindən $650 milyard məbləğində SDR-in bölüşdürülməsi zamanı respiblikanın kvotası çərçivəsində Azərbaycana ayrılan 375 milyon SDR və ya $0,53 milyard məbləğində vəsait ölkənin hesabına daxil olması ilə əlaqədardır.
Dekabr ayında AMB-nin valyuta ehtiyatları 0,8% və ya $56,7 milyon artıb.
Xəbər verildiyi kimi, 2020-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 1,8% artıb.**
R.Əhmədov