“Formula-1” yarışlarının Azərbaycan Qran-Prisi tamaşaçı rəğbəti reytinqində 4-cü yerdə qərarlaşıb. Bu barədə “Formula-1” rəsmi saytı məlumat verir.
Sorğu yarışların 52 mindən çox azarkeşi arasında keçirilib.
Nəticələrə əsasən, səslərin 19%-ni toplayan İtaliya mərhələsi qalib olub.
Sorğuda iştirak edənlərin 8%-i Azərbaycan mərhələsini “sevimli” adlandırıb.
İkinci yerdə Əbu-Dabi mərhələsi (16%), üçüncü yerdə - San-Paulu mərhələsi (10%) qərarlaşıb.
2021-ci ildə Macarıstan Qran-Prisi (7%) TO-5-ə yekun vurub.
Azərbaycan Qran-Prisi iyunun 6-da baş tutub, Reb Bull komandasının meksikalı pilotu Serxio Peres qalib olub. **
E.Şəfiyev