Azərbaycanda koronavirus infeksiyasına 673 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 622 min 236-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 329 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər (ötən gün 12 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8 min 471 nəfərə çatıb.
Virusa yoluxmuş 606 min 311 nəfər (sutka ərzində +392) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 7 min 454 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 333 (ötən gün 5 min 247 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 957 min 603 test aparılıb.**
B.Rüstəmbəyov