2022-ci ildə RF Kadastr,Xəritəçəkmə vəQeydiyyat üzrəFederal Dövlət Xidməti(Rosyesestr) Azərbaycanla Rusiya sərhədlərinin hissələrinin demarkasiyasını həyata keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” Rusiya mətbuatına istinadən məlumat verir.
Xüsusilə, Rosreyestr demarkasiya işləri həyata keçirə biləcək potensial podratçılar arasında qiymətlər sorğusunu elan edib.
Rosreyestr yanvar-fevral aylarında satınalma həyata keçirəcək, geodeziya işlərini isə 2022-ci ilin noyabr ayının sonunadək başa çatdırmaq lazımdır.
Rusiya-Azərbaycan sərhədində peyk şəkilləri əsasında yüksək dağlıq hissələrdə 22 sərhəd nişanı və dirəyin koordinatını müəyyənləşdirmək, 40 geodeziya şəbəkəsini tədqiq etmək və texniki hesabat tərtib etmək lazımdır.
2014-cü ildən etibarən Rusiya–Azərbaycan sərhədinin demarkasiyası həyata keçirilir. Həmin vaxtdan etibarən Rusiya tərəfi bu prosesə 53,8 milyon rubl sərf edib. **
E.Şəfiyev