Azərbaycan və Ermənistan hərbçiləri arasında iki ölkənin sərhədində atışma gedir, o cümlədən Azərbaycan Silahlı Qüvvələri artilleriya və PUA-lardan istifadə edir. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat verir.
“Saat 18:30-a olan vəziyyətə görə, atışma davam edir”, - nazirliyin mətbuat xidmətindən qeyd olunub.
Bildirilib ki, Ermənistan tərəfinin itkiləri barədə məlumat dəqiqləşdirilir. İndiyədək yalnız 3 hərbi qulluqçunun yaralandığı məlumdur. **