Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub. Bu barədə XİN-in Mətbuat xidməti idarəsindənməlumat verilib.
“Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar barədə danışıb. Nazir Ermənistan tərəfinin iki dövlət sərhədində təxribatı davam etdirdiyi və Kəlbəcər istiqamətində bir hərbi qulluqçumuzun şəhid olması haqqında qarşı tərəfə məlumat verib, bu təxribata görə məsuliyyətin bilavasitə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb”, - məlumatda vurğulanır.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər. **
B.Rüstəmbəyov