Azərbaycanla sərhəddə atışma nəticəsində Ermənistan silahlı qüvvələrinin iki hərbi qulluqçusu həlak olub, daha iki hərbçi yaralanıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat verir.
“Həlak olanlar – sıravi əsgərlər Artur Mxitaryan (2002-ci il təvəllüdlü) və Rudik Qaribyandır (2002-ci il təvəllüdlü)”, - nazirliyin məlumatında deyilir.
Qeyd olunur ki, daha iki hərbçi yaralanıb, onların həyatı üçün təhlükə yoxdur.
Həmçinin nazirlikdən bildiriblər ki, saat 21:00-a olan vəziyyətə görə, sərhəddə nisbi sabitlikdir. **