Yanvarın 12-də Azərbaycan Respublikası müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
“H.Akar Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib”, - deyə məlumatda qeyd olunur.
H.Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.*
B.Rüstəmbəyov