Yanvarın 12-də Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər Qarabağ ətrafındakı mövcud vəziyyəti və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında təsbit edilmiş razılaşmaların həyata keçirilməsinə dair bəzi məsələləri müzakirə ediblər.*