2020-ci ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) xalis zərəri 1 milyon 818,579 min manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 30% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Maliyyə hesabatına əsasən, 2020-ci ildə AzTV-nin gəlirləri 34 milyon 369,434 min manat (artım 0,4%), o cümlədən əməliyyat gəlirləri 33 milyon 982,771 min manat (artım 3,2%), birja əməliyyatlarından gəlirləri 384,819 min manat (azalma 28,9%) təşkil edib.
2020-ci il ərzində cəmiyyətin xərcləri 36 milyon 163,283 min manat (azalma 1,6%), o cümlədən əmək haqqı xərcləri 20 milyon 574,3 min manat (artım 8,2%) təşkil edib.
Hesabat dövründə qurumun əməliyyat zərəri 1 milyon 793,849 min manat (2019-cu ildə 2 milyon 507,495 manat) təşkil edib.
2020-ci ildə AzTV 24,729 min manat mənfəət vergisi ödəyib ki, bu da 2019-cu illə müqayisədə 3,7 dəfə azdır.
2020-ci ildə səhmdar cəmiyyətinin aktivləri 12,1% - 24 milyon 187,131 min manata qədər, əsas aktivləri (torpaq, tikili və avadanlıq) 21,5% - 10 milyon 73,95 min manata qədər, qısamüddətli aktivləri 10,1% - 6 milyon 762,747 min manata qədər azalıb.
1 yanvar 2021-ci il tarixinə qurumun qısamüddətli öhdəlikləri 58,8% azalaraq 1 milyon 52,42 min manata bərabərdir.
2020-ci ilin sonuna AzTV-nin kapitalı 7,3% azalaraq 23 milyon 134,712 min manat təşkil edib. 2021-ci il yanvarın 1-nə cəmiyyətin bölüşdürülməmiş zərəri 912,432 min manat məbləğində (azalma 35,4%) qiymətləndirilir.
AzTV 1956-cı il fevralın 14-də yaradılıb.*
X.Nəsirzadə