2021-ci ildə OPEC+ razılaşması çərçivəsində Azərbaycanda gündəlik neft hasilatı 594 min barel təşkil edib. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
2020-ci ilin may-dekabr aylarında OPEC+ razılaşması çərçivəsində Azərbaycanda orta gündəlik neft hasilatı 574,5 min barel həcmində olub (kvota 587 min barel təşkil edib).
“İnterfaks-Azərbaycan” agentliyinin Energetika Nazirliyinin aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2021-ci ildə gündəlik neft (kondensatla birlikdə) hasilatı 713,9 min barel olub. Bunun təxminən 117,1 min barelini kondensat təşkil edib.
2021-ci ildə OPEC+ razılaşması orta hesabla 104% yerinə yetirilib.
Energetika Nazirliyinin 2021-ci ildə Azərbaycanda aylıq neft hasilatına dair məlumatları (OPEC+ razılaşması nəzərə alınmaqla):
Aylar |
OPEC+ çərçivəsində kvota gündəlik min barel |
Hasilat, gündəlik min barel |
Neft, gündəlik min barel |
OPEC+ razılaşmasının yerinə yetirilməsi, % |
Kondensat, gündəlik min barel |
Yanvar |
595 |
752 |
593 |
100,3 |
125 |
Fevral |
595 |
741 |
593 |
100,3 |
148 |
Mart |
595 |
734,8 |
592,1 |
100,5 |
142,7 |
Aprel |
595 |
698 |
594 |
100,2 |
104 |
May |
603 |
674 |
586 |
102,9 |
88 |
İyun |
610 |
705,1 |
610 |
100 |
95,1 |
İyul |
620 |
717 |
606 |
102,3 |
111 |
Avqust |
627 |
711,6 |
596,1 |
104,9 |
115,5 |
Sentyabr |
634 |
703,1 |
586,2 |
108,2 |
116,9 |
Oktyabr |
640 |
704,4 |
585,9 |
109,2 |
118,5 |
Noyabr |
647 |
708,4 |
588,9 |
110 |
119,5 |
Dekabr |
654 |
717,6 |
597,1 |
109,5 |
120,5 |
N.Abbasova