Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev hazırda respublikanın paytaxtındadır. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Diplomat Nazarbayevin mətbuat katibi Aidos Ukibayın məlumatına istinad edib.
O qeyd edib ki, Ukibayın sözlərinə görə, Nazarbayevin dost ölkələrin rəhbərləri ilə bir neçə telefon danışığı olub və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə daimi təmasdadır.*
E.Şəfiyev