Azərbaycan Zəngəzur dəhlizindən Naxçıvan Muxtar Respublikasına elektrik xətləri çəkməyi planlaşdırır. Bunu Prezident İlham Əliyev deyib.
“Bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin. Çünki bizim elektrik enerjisi ilə bağlı çox böyük ixrac planlarımız var”, - deyə dövlət başçısı yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirib.*
N.Abbasova