3+3 formatı çərçivəsində ikinci görüşdə Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı daha predmetli müzakirələr aparılacaq. Bunu Prezident İlham Əliyev deyib.
“Bildiyiniz kimi, 3+3 formatı çərçivəsində də, - baxmayaraq, birinci görüş tanışlıq xarakteri daşıyırdı, - mən əminəm ki, ikinci görüşdə daha predmetli müzakirələr aparılacaq, ilk növbədə, kommunikasiyaların açılması ilə bağlı”, - deyə dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində bildirib.
Onun sözlərinə görə, burada hər bir ölkənin fayda götürməsi göz önündədir.
İ.Əliyev qeyd edib ki, Ermənistan öz antiazərbaycan, islamofob, antitürk xislətlərindən əl çəkməlidir. “Ermənistan da təbii olaraq bundan fayda götürə bilər”, - deyə prezident vurğulayıb.*
X.Nəsirzadə