Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə gərginliyin artmasına baxmayaraq, respublikanın sülh kursuna sadiqliyi barədə bəyan edib.
“Əfsuslar olsun ki, sərhəddə itkilərlə nəticələnən insidenlər davam edir. Biz siyasətimiz barədə bəyan etmiik və mən demişəm ki, müdafiə qabiliyyətinin möhkəmlənməsi prioritet təşkil edir. Lakin, digər tərəfdən, mən həmçinin demişəm ki, elan etdiyimiz sülh inkişaf erasının açılması üçün möhkəm əsəblər lazımdır”, - Paşinyan cümə axşamı hökumətin iclasında deyib.
Onun sözlərinə görə, çoxları bunun mümkün olmadığnı sübut etməyə çalışacaqlar.
“Lakin biz tədricən bu yolla irəliləyəcəyik və hər şey etməliyik ki, ölkəmiz ətrafında stabil və təhlükəsiz mühit formalaşsın. Bu, siyasi mənada bizim əsas vəzifəmizdir”, - Ermənistanın baş naziri əlavə edib. **