Azərbaycanda 2006-cı ildən 2021-ci ilədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 2 milyard manatı ötüb. Bu barədə “İnterfaks-Azərbaycan”a Fondan məlumat verilib.
Məlumata görə, bu dövr ərzində İKZF-nin müvəkkil banklar tərəfindən 2 milyard 168,099 min manat məbləğində 36817 ipoteka krediti verilib.
Bundan əlavə, 2021-ci ilin sonuna biznesə verilən zəmanətli kredit və subsidiyaların məbləği 262,633 milyon manat həcmində qiymətləndirilir. **
X.Nəsirzadə