"ACWA Power” Azərbaycanda dəniz külək enerjisi stansiyasının tikintisini planlaşdırır, stansiyanın gücü 500 MVt təşkil edəcək. Bu barədə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud bəyan edib.
“ACWA Power” şirkəti Azərbaycanda dənizdə külək enerjisi stansiyasının tikilməsi layihəsi ilə əlaqədar Anlaşma memorandumu imzalayacaq ki, onun ümumi gücü təxminən 500 meqavat olacaq. İlkin mərhələdə külək enerjisindən istifadə potensialı araşdırılaraq yaşıl karbohidrogenlərin hasil edilməsindəki mümkün tətbiqi öyrəniləcək”, - nazir cümə axşamı Bakıda 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib (“ACWA Power” bu stansiyanın tikintisinə $300 milyon yatıracaq).
Xəbər verildiyi kimi, cümə axşamı Bakıda Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasındadənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.
Sənəd çərçivəsində tərəflər dənizdə külək enerjisi sahəsində əməkdaşlığın əsas prinsiplərini müəyyənləşdirimək,Azərbaycanda bərpa olunan enerji layihələrinə gəlirli investisiya qoyuluşu üçün potensialı qiymətləndirimək və şərait yaratmaq üzrə razılığa gəliblər.
Memorandum çərçivəsində həyata keçirilən fəaliyyətləri istiqamətləndirmək və onlara nəzarət etmək məqsədilə Rəhbər Komitə və İşçi Qrup yaradılacaq.
“ACWA Power” şirkəti qlobal miqyasda bərpa olunan enerji sahəsində 14900 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 42,8 min MVt qoyuluş gücünə bərabər istehsal və 67.2 mlrd. ABŞ dolları məbləğində investisiya portfelinə malikdir. **
N.Abbasova