Səudiyyə Ərəbistanı Krallığının energetika naziri,şahzadə Əbdül Əziz bin Salman Əl-Səud2022-ci ilin I rübünün sonunadək Bakı ilə Ər-Riyad arasında iqtisadiyyat üzrə memorandumun hazırlanmasını başa çatdırmağa ümidvar olduğunu bəyan edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, onun sözlərinə görə, sənəd Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri tərəfindən hazırlanır.
Cümə axşamı Əbdül Əziz bin Salman Əl-Səud Bakıda bildirib ki, bu sənəd tərəflər arasında neft-qaz sahəsi, neft-kimya məhsulları, bərpaolunan enerji, səmərəlilik, karbon tullantılarının atmosferə atılmasının azaldılması üzrə əməkdaşlığı nəzərdə tutur. **
X.Nəsirzadə