2021-ci ildə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 112,7 milyon manat təşkil edib, bu da 2020-ci ilin göstəricisindən 83,2% çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat verir.
Daxilolmalar üzrə illik proqnoz 101.6% icra olunub.
Məlumata görə, 2021-ci il ərzində 4 müəssisənin dövlətə məxsus səhm və paylarının satışı üzrə investisiya müsabiqəsi keçirilib, dövlət büdcəsinə 10 milyon manatdan artıq məbləğdə vəsaitin köçürülməsi təmin edilib. “İnvestorlar 18 milyon manata yaxın məbləğdə investisiya proqramlarının icrasına, müəssisələrin dövlət büdcəsinə vergi və sosial ayırmalar üzrə borclarının ödənilməsinə dair öhdəliklər götürüb”, - nazirlikdən qeyd olunur.
Əvvəlki illərdə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələr də daxil olmaqla, 2021-ci il ərzində müəssisələrə 21,3 milyon manata yaxın investisiya yatırılıb. **
X.Nəsirzadə