Azərbaycan Respublikasının baş naziri Əli Əsədov Qazaxıstanın baş naziri Əlixan Smailovu onun üçün münasib olan istənilən vaxtda Azərbaycana səfərə dəvət edib. Bu barədə Qazaxısatn hökumətinin mətbuat xidməti məlumat verir.
“Azərbaycan Qazaxıstanın etibarlı strateji tərəfdaşıdır. Ölkələrimiz arasında konstruktiv siaysi dialoq və ikitərəfli münasibətlərin geniş spektri üzrə səmərəli qarşılıqlı əlaqələrə təşkil olunub. Biz qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsinə yöməlmişik”, - mətbuat xidməti Smailovun sözlərindən sitat gətirir.
Azərbaycan Qazaxıstanın mühüm ticari-iqtisadi tərəfdaşıdır. 2021-ci ilin 10 ayının yekunları üzrə qarşılılıq ticarətin həcmi $261 milyon təşkil edib, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 3 dəfə və 2019-cu ilin pandemiyadanöncəki səviyəsindən mühüm dərəcədə çoxdur.
2022-ci ildə Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyi tamam olur.
Yanvarın Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Əlixan Smailovu Qazaxıstanın baş naziri təyin edib. **
R.Əhmədov