Azərbaycanda koronavirus infeksiyasına 674 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 623 min 555-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 645 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər (ötən gün 9 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8 min 490 nəfərə çatıb.
Virusa yoluxmuş 607 min 397 nəfər (sutka ərzində + 509) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 7 min 668 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 386 (ötən gün 10 min 746 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 978,375 min test aparılıb.**
X.Nəsirzadə