Cümə axşamı Azərbaycan yolu azaraq dövlət sərhədini keçən şəxsi Ermənistana geri qaytarıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindənməlumat verilir.
“Yanvarın 13-də saat 16:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonu ərazisində Surik Matevosyan adlı şəxsin yolu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub”, - məlumatda qeyd olunur.
Nazirlikdən bildirilib ki, Matevosyan Rusiya sülhməramlılarına təhvil verilib. **
X.Nəsirzadə