Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 14-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Yanvarın 14-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,9506 manat/1EUR səviyyəsində (yanvarın 13-nə 1,9452 manat/1EUR) müəyyən edilib.
AMB yanvarın 14-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0223 manat/1RUB səviyyəsində (yanvarın 13-nə 0,0228 manat/1RUB) müəyyən edib.*
N.Abbasova