Dağıstan İxraca Dəstək Mərkəzi fevralın sonunda Dağıstan iş adamlarının Azərbaycana biznes missiyasını təşkil etməyi planlaşdırır. Bu barədə Mərkəzin rəhbəri Ruslan Abaskuliyev məlumat verib.
“İnterfaks-Azərbaycan” agentliyinin mirmol.ru saytına istinadən verdiyi xəbərə görə, Abaskuliyev vurğulayıb ki, daha çox Dağıstan malları və məhsullarının soydaşların köməyi ilə Azərbaycanda təşviq və təqdim edilməsi planlaşdırılır. “Biz “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin meydançasından istifadə etmək və xaricdəki soydaşlarımızla sıx qarşılıqlı əlaqədə Dağıstan brendini, mal və xidmətləri təşviq etmək niyyətindəyik”, – deyə o bildirib.
R.Abaskuliyevin sözlərinə görə, qarşıdakı biznes-missiya çərçivəsində Dağıstan Respublikası gecəsi də keçiriləcək və burada regionun ixrac potensialı təqdim olunacaq.*
R.Əhmədov