2021-ci ildə Azərbaycanda şəhid ailələri və müharibə əlillərinə 3 min mənzil verilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətindən məlumat verilib.
“Şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. 2021-ci il üzrə şəhid ailələri və müharibə əlillərinə 3 min mənzil, müharibə əlillərinə 164 avtomobil verilib”, - deyə məlumatda bildirilir.
Ümumilikdə ötən dövrdə nazirlik tərəfindən 12300 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub.
Şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər daxil olmaqla 10 minədək şəxs özünüməşğulluq proqramına cəlb edilib və işlə təmin olunub.
Bundan başqa, 2515 müharibə iştirakçısına əlillik və sosial ödənişlərin təyinatı həyata keçirilib.*
X.Nəsirzadə