Kiyevdə Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında danışıqlar başlayıb.
“Danışıqlar başa çatdıqdan sonra geniş tərkibdə Ukrayna-Azərbaycan danışıqları aparılacaq”, - deyə Ukrayna Prezidentinin Ofisindən bildiriblər.
Həmçinin ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
“Sonra prezidentlər kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşəcəklər”, - deyə məlumatda vurğulanır.*
R.Əhmədov