Azərbaycan Dövlət Neft Fondu (ARDNF) əməkdaşlarının könüllü tibbi sığortasına (KTS) 127,84 min manat yönəldəcək. Bu barədə Dövlət satınalmalarının vahid elektron portalında məlumat verilib.
Əməkdaşların könüllü tibbi sığortası üzrə sığortaçı yenidən “AtaSığorta” şirkəti seçilib. Şirkət son bir il ərzində fonda analoji xidmətlər göstərib.
“AtaSığorta” 2004-cü ilin sentyabr ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biridir. “AtaHolding” şirkətin yeganə səhmdarıdır.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
R.Əhmədov