2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 9% artaraq 5 milyard 178 milyon manat təşkil edib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sosial sığorta daxilolmaları ötən il 3 milyard 843,4 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 8% çoxdur.
Sosial sığorta daxilolmaları ilə bağlı illik proqnoz büdcə təşkilatları üzrə 104%, qeyri-büdcə sektoru üzrə 113% icra edilib.
DSMF-nin 2021-ci ildəki xərcləri əvvəlki ilə nisbətən 3% çox olmaqla, 4 milyard 843 milyon manat təşkil edib.*
X.Nəsirzadə