Azərbaycan və Ukrayna arasında hökumətlərarası sənədlər paketi imzalanıb.
Sənədlər yanvarın 14-də Kiyevdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında danışıqlar başa çatdıqdan sonra imzalanıb.
Dövlət başçıları birgə bəyannamə imzalayıblar.
Bundan başqa, Azərbaycan və Ukraynanın İqtisadiyyat nazirlikləri arasında “Qarşılıqlı ticarət məsələlərində əməkdaşlıq haqqında” Niyyət Memorandumu, eləcə də “Ərzaq təhlükəsizliyi məsələlərində əməkdaşlıq haqqında” saziş imzalanıb.
İmzalanan sənədlər arasında “Aqrar sahədə əməkdaşlıq haqqında” Niyyət Memorandumu, SOCAR və “Naftoqaz” şirkəti arasında “Energetika sahəsində əməkdaşlıq haqqında” Niyyət Memorandumu və “Torpaq məsələləri və torpaq kadastrı üzrə əməkdaşlıq haqqında” Niyyət Memorandumu da yer alır.*
R.Əhmədov