2021-ci ildə Azərbaycanda ÜDM 5,6% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,8%, qeyri neft-qaz sektorunda isə 7,2% artıb.
2021-ci ildə ölkədə 92 milyard 857,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
ÜDM istehsalının 42,5%-i sənaye, 10,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 5,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2%-i digər sahələrin payına düşüb.
İdxala xalis vergilər ÜDM-in 8,4%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 9 min 269,3 manata bərabər olub.
İqtisadiyyat Nazirliyi 2021-ci ildə ÜDM-in artımını 5,1% səviyyəsində proqnozlaşdırmışdı.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən tətbiq edilən məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azalması ilə əlaqədar 4,3% azalıb.*
N.Abbasova