2021-ci ildə əsas kapitala 16 milyard 127 milyon manat məbləğində, yaxud 2020-ci illə müqayisədə 8,2% az vəsait yönəldilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 5,6%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 9,6% azalıb.
İstifadə olunmuş vəsaitin 10 milyard 536,7 milyon manatı və ya 65,3%-i məhsul istehsalı sahələrinə, 4 milyard 560,8 milyon manatı (28,3%-i) xidmət sahələrinə, 1 milyard 29,5 milyon manatı (6,4%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
2021-ci ildə əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyard 332,7 milyon manatını (26,9%) xarici, 11 milyard 794,3 milyon manatını və ya 73,1%-ni daxili vəsaitlər təşkil edib.
2020-ci ildə Azərbaycanda əsas kapitala vəsait qoyuluşları 8,3% azalıb.*
X.Nəsirzadə