Azərbaycanda koronavirus infeksiyasına 710 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 624 min 918-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 653 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər (ötən gün 7 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8510 nəfərə çatıb.
Virusa yoluxmuş 608 min 145 nəfər (sutka ərzində +260) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 8 min 263 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10150 (ötən gün 8275 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 997 min 160 test aparılıb.*
R.Kərimov