Azərbaycanda koronavirus infeksiyasına 808 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 625 min 726-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 710 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər (ötən gün 13 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8521 nəfərə çatıb.
Virusa yoluxmuş 608 min 514 nəfər (sutka ərzində +369) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 8 min 691 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9340 (ötən gün 10150 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 6 min 500 test aparılıb.*