2021-ci ildə Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 494,3 milyon manat (cari məzənnə ilə $1,47 milyon - İF) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,6% gəlir əldə edilib.
2020-ci illə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlirlər 3,9% artıb.
2020-ci ildə Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 40,8 milyon manat ($1,2 milyard) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 1,6 manat, “Super Euro-98” markalı benzinin 1 litri 1,8 manat, Aİ-92 markalı benzinin 1 litri 1 manat, dizel yanacağının 1 litri 0,8 manat təşkil edir.**
N.Abbasova