Azərbaycan sürətlənmiş ərzaq tədarükü üzrə “Aqroekspress” logistika layihəsinə daxil olub, artıq Rusiya və Özbəkistan bu layihəni reallaşdırır. Bu barədə RF İqtisadi İnkişaf Nazirliyi məlumat verir.
“Bu istiqamətdə Azərbaycanla əməkdaşlıq iki ölkənin düzgün xarici iqtisadi fəaliyyət iştirakçılarını müntəzəm dəmir yolu servisi və nəql olunan yüklərin istehlakçı xüsusisyyətlərinin zəmanətli qorunması ilə təmin etməyə imkan yaradacaq”, - RF-nin iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bəyan edib.
“Aqroekspress” layihəsi çərçivəsində yeni istiqamətin açılması ixracatçılara tez və artıq logistika problemsiz ərzaqları alıcılara çatdırmağa imkan verəcək. Rusiya və Azərbaycanın ikitərəfli ticarət həcmlərini nəzərə Sumqayıt-Moskvaalaraq, hər ay iki qarışıq qatarın hərəkətini təmin etmək mümkündür. Rusiyadan taxıl, bitki yağı və qənnadı malları, Azərbaycandan isə təzə meyvə və tərəvəz ixrac olunacaq”, - məlumatda RİM-in baş direktoru Veronika Nikişınanın sözlərinə istinad olunur.
Azərbaycan tərəfdaşları ilə fəaliyyət çərçivəsində (Rusiya tərəfindən operator – “RDY Logistika” SC, Azərbaycan tərəfindən – “Alyans Logistika” MMC) yüklərin birləşməsi və daşınmanın həm üstüörtülü vaqonlar, həm də konteynerlərlə təşkili, o cümlədən tam logistik dərəcə ilə razılaşdırılmış endirimin tətbiqinə dair razılıq əldə olunub. Hazırda üstüörtülü vaqonlarla Samur-Dərbənd (meyvə, tərəvəz) və konteyner və üstüörtülü vaqonlarla Sumqayıt-Moskva/Vorsino/Rostov (polipropilen) marşrutları üzrə dərəcələr formalaşdırılıb. **