2021-ci ildə Azərbaycanda istehlakçılar ümumilikdə 952 milyon manat məbləğində (cari məzənnə ilə $560 milyon – İF) əczaçılıq məhsulları və tibbi vasitələr alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu dövrdə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində əczaçılıq məhsulları və tibbi vasitələrin satışından gəlirlər 2,2% təşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə əczaçılıq məhsulları və tibbi vasitələrin satışından gəlirlər 24,8% artıb.
Azərbaycanda əczaçılıq məhsullarının satışının artımı COVID-19 infeksiyası ilə əlaqədardır. **
N.Abbasova