Azərbaycan «POLAND BUSINESS HARBOUR» proqramına (İT-sektor mütəxəssisləri və onların ailələrinə, həmçinin kiçik, orta və iri şirkətlərin sahibləri və əməkdaşlarına sürətli viza verilməsinin təminatı - İF) daxil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Polşanın gov.pl rəsmi dövlət xidmətləri portalına istinadən məlumat verir.
«POLAND BUSINESS HARBOUR» proqramı İT sahənin mütəxəssisləri, startaplara, o cümlədən bütöv şirkətlərə Polşaya köçməkdə yardım edir. Bu proqrama D23 milli vizanın verilməsi, köçmə zamanı hüquqi dəstək, özünüidarə orqanları, investorlarla təmaslarda yardım, həmçinin qrantlar daxildir. Əlaqələndirici qismində İnkişaf Nazirliyi, Polşa İnvestisiya və Ticarət Agentliyi, GovTech Polska, Nazirlər Şurası sədrinin Dəxtərxanası, Xarici İşlər Nazirliyi, Polşa Sahibkarlığın İnkişafı Agentliyi və Startup Hub Poland fondudur. **
E.Şəfiyev