Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevlə Monteneqro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub.
“Əliyev Bakı ilə Podqoritsa arasında dostluq münasibətlərinin olduğunu qeyd edərək, ölkələrimiz arasında, o cümlədən dövlət başçıları səviyyəsində mövcud yüksəksəviyyəli dialoqu vurğuladı, parlamentlərarası əlaqələrin inkişafından məmnunluğunu bildirdi”, - dövlət başçısının rəsmi saytında məlumat verilir.
O cümlədən, prezident müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, enerji, nəqliyyat sahələrində əməkdaşlığın inkişafı üçün yaxşı zəminin olduğunu qeyd etdi və bu baxımdan hökumətlərarası birgə komissiyanın fəaliyyətinin önəmini vurğuladı.
Beçiç öz növbəsində ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edərək bu sahədə müvafiq sənədin imzalanmasının vacibliyini vurğuladı.
“Görüşdə, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən parlamentlərarası təsisatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyi və maraq doğuran digər məsələlər müzakirə olundu”, - məlumatda vurğulanır. **
E.Şəfiyev