Ukrayna və Azərbaycan aqrar sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
“Ukrayna və Azərbaycan aqrar sahədə əməkdaşlığı aktivləşdirmək niyyətindədir Bu planlar yanvarın 14-də Kiyevdə Ukraynanın aqrar siyasəti və ərzaq naziri Roman Leşenko ilə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında imzamanmış aqrar sahədə qarşılıqlı Anlaşma Memorandumu ilə təsbit olunub”, - nazirliyin Facebook səhifəsində qeyd edilir.
Nazirlikdən bildirilir ki, bu sənəd kənd təsərrüfatı bitkilərinin istehsalı və ərzaq təhlükəsizliyində əməkdaşlığın inkişafına, torpaq münasibətləri sahəsində qarşılıqlı hüquqi yardıma, kənd təsərrüfatı torpaqlarının səmərəli istifadəsinə, kənd təsərrüfatı xammalın emalı layihələrinə sərmayələrə, gübrə ticarəti və s. imkan yaradacaq. **
E.Şəfiyev