2021-ci ildə “Kapital Bank” ASC aktivlərini 28,4% - 6 milyard 709,523 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2021-ci il tarixinə bankın kredit portfeli 2 milyard 652,56 milyon manata (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 21,9% - İF) bərabərdir. Hesabat dövründə “Kapital Bank”ın istehlak kreditləşməsi üzrə portfeli 17,3% - 1 milyard 602,384 milyon manata qədər, biznes kreditləri üzrə portfeli 30,4% - 759,207 milyon manata qədər artıb.
Bankın öhdəlikləri 6 milyard 61,327 milyon manat (artım 32%) təşkil edir.
“Kapital Bank”ın depozit portfeli 5 milyard 192,419 milyon manata (artım 36,4%), o cümlədən fiziki şəxslərin əmanətləri 1 milyard 164,558 milyon manata (artım 9,1%) bərabərdir.
Bankın kapitalı 648,196 milyon manat (artım 2,2%), nizamnamə kapitalı 245,85 milyon manat (dəyişməyib) təşkil edir.
2021-ci ilin sonuna “Kapital Bank”ın xalis mənfəəti 179,963 milyon manat (2020-ci illə müqayisədə azalma 40,5%) təşkil edib.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%).*
X.Nəsirzadə