Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də Avstriya Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Səfər çərçivəsində nazir ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçiriləcək açılış iclasında iştirak edəcək”, - deyə məlumatda bildirilir.
Səfər çərçivəsində, həmçinin ATƏT və Avstriya rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Azərbaycan 2022-ci ilin yanvar-aprel aylarında Foruma sədrlik edəcək.*
X.Nəsirzadə