2021-ci ildə qeyri-neft sektoru üzrə ÜDM-in artım tempi 7,2% təşkil edib ki, bu da son 7 il ərzində ən yüksək göstəricidir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Pandemiyanın davam etdiyi şəraitdə postmüharibə dövrü olan 2021-ci ildə qeyri-neft sektoru üzrə ÜDM-in artım tempinin 7,2% olması mühüm nailiyyətdir. Sonuncu dəfə bu göstərici 2014-cü ildə 7%-ə çatıb”, - deyə o, Facebook səhifəsində yazıb.
Nazir vurğulayıb ki, 2021-ci ildə ÜDM 5,6% artıb.*
B.Rüstəmbəyov