2021-ci ildə Azərbaycanda 871,8 milyon manat məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2020-ci ilin göstəricisindən 80,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat ilində respublikada 3 milyon 440 min ton sement (artım 6,3%) istehsal edilib.
35,8 min ton (artım 47,9%) tikinti gipsi, 88,7 min ton (artım 74,3%) sementdən tikinti blokları və kərpicləri, 2 milyon 769,5 min ton (azalma 3,9%) hazır beton qarışığı, 35,8 min ton (artım 49,2%) tikinti əhəngi, 784,9 min kubmetr (artım 57,3%) tikinti kərpici, 40,184 min ton (artım 56,8%) emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar, 81,2 min kubmetr (artım 69,2%) betondan yığma tikinti konstruksiyaları, 208 min ton (artım 11,6%) asfalt istehsal edilib.
Hazırda Azərbaycan hökuməti Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa layihələri həyata keçirir. Bu işlər tikinti materiallarının istehsal həcminin artmasına təkan verir.*
B.Rüstəmbəyov