2021-ci ildə Azərbaycanda 2043 ədəd minik avtomobili istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2020-ci illə müqayisədə avtomobil istehsalı 4,8% artıb.
Yanvarda 96, fevralda 120, martda 192, apreldə 100, mayda 145, iyunda 142, iyulda 145, avqustda 274, sentyabrda 246, oktyarda 346, noyabrda 130, dekabrda 181 ədəd avtomobil istehsal edilib.
1 yanvar 2022-ci il tarixinə anbarlarda 340 ədəd minik avtomobili var.
2021-ci ildə Azərbaycanda 651 ədəd traktor istehsal edilib ki, bu da 2020-ci ilin göstəricisindən 2,2 dəfə çoxdur.
2022-ci il yanvarın 1-nə anbarlarda 53 ədəd traktor var.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Hazırda avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2020-ci ildə Azərbaycanda 1,949 min ədəd avtomobil istehsal olunub ki, bu da 2019-cu ilin göstəricisindən 17,4% azdır. Ötən il respublikada 300 ədəd müxtəlif təyinatlı traktor (azalma 66,9%) istehsal edilib. İstehsalın azalması COVID-19 səbəbindən müəssisələrin fəaliyyətinin məhdudlaşdırılması ilə şərtlənib.*
B.Rüstəmbəyov