2021-ci ildə aqrar sığorta üzrə 11 milyon manatdan artıq sığorta haqqı toplanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Aqrar Sığorta Fondundan (ASF) məlumat verilib.
“2021-ci ildə Aqrar Sığorta Fondu tərəfindən ümumilikdə, 11 milyon manatdan artıq sığorta haqqı toplanıb ki, bu da əvvəlki ildə ölkə üzrə toplanan vəsaitlə müqayisədə 4,3 dəfə artıqdır”, - deyə məlumatda bildirilir.
Aqrar sığorta mexanizmi ölkədə 350 min hektara yaxın əkin sahəsini və ya ümumi əkin sahələrinin 19%-ni əhatə edir.
“Hazırda aqrar sığorta mexanizmi fermer və sahibkarlara 48 sığorta məhsulu təqdim edir və 29 risk üzrə təminat verir”, - deyə məlumatda vurğulanır.*
X.Nəsirzadə