2021-ci ildə Azərbaycanda neft məhsullarının istehsalı 2020-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 13,4% - 4 milyard 394,6 milyon manata qədər ($2 milyard 585,1 milyon) artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 1 milyon 259,5 min ton (artım 7,9%) avtomobil benzini, 400,7 min ton (artım 67,2%) birbaşa qovulan benzin (nafta), 2 milyon 403,6 min ton (artım 16,2%) dizel yanacağı, 105 min ton (artım 70,5%) soba mazutu, 49,1 min ton (artım 39,1%) sürtkü yağı, 255,3 min ton (artım 29,7%) neft koksu istehsal edilib.
2021-ci ildə 362,2 min ton neft bitumu (azalma 3,4%) və 490,1 min ton təyyarə yanacağı (azalma 2,4%) istehsal edilib.
2022-ci il yanvarın 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 33,1 min ton avtomobil benzini, 0,8 min ton nafta, 16,3 min ton təyyarə yanacağı, 83,5 min ton dizel yanacağı, 12,1 min ton soba mazutu, 8,5 min ton sürtkü yağı, 8,8 min ton neft bitumu, 9,5 min ton neft koksu var.
Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.*
N.Abbasova