Malayziya xarici işlər nazirinin müavini Kəmərüdin Cəfər 18-23 yanvar tarixlərində İordaniya və Azərbaycana rəsmi səfər edəcək.
Malayziya XİN-in məlumatına görə, Bakıya səfər çərçivəsində K.Cəfər xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
“Səfərin (Azərbaycana – İF) əsas məqsədi iki ölkə arasında xüsusilə iqtisadi sahədə əməkdaşlıq təşəbbüslərinin, habelə koronavirus pandemiyası şəraitində münasibətlərin gücləndirilməsidir”, - deyə məlumatda bildirilir.*
E.Şəfiyev