Azərbaycanda koronavirus infeksiyasına 930 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 627 min 15-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 359 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər (ötən gün 8 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8994 nəfərə çatıb.
Virusa yoluxmuş 609 min 480 nəfər (sutka ərzində +703) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 8 min 994 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8541 (ötən gün 4261 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 19 min 327 test aparılıb.*
B.Rüstəmbəyov