Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub.
“Prezident İlham Əliyevin bu yaxınlarda Ukraynaya səfəri nəzərə alınmaqla Ukraynadaxili nizamlanma məsələləri müzakirə edilib. Vladimir Putin ABŞ və müttəfiqləri ilə Rusiyanın təhlükəsizliyini təmin etmək üçün təminatların verilməsi məsələləri ilə bağlı təmaslarından danışıb”, - deyə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.
Tərəflər Qazaxıstanda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi apararaq, xüsusən də KTMT sülhməramlı qüvvələrinin iştirakı sayəsində vəziyyətin tez bir zamanda sabitləşməsindən məmnunluq ifadə ediblər.
Telefon danışığı zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlığını daha da gücləndirmək niyyəti təsdiqlənib.*